"Titanik"in sərnişininin saatı 1,38 milyon avroya alınıb

Maraqlı

28.04.2024 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Ən yüksək qiyməti təklif edən alıcı ABŞ-dan olan, adı açıqlanmayan kolleksiyaçıdır

Şənbə günü İngiltərədə keçirilən hərracda “Titanik” sərnişininin qızıl cib saatı rekord məbləğə satılıb. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, “Henry Aldridge & Son” hərrac evi xəbər verir ki, amerikalı milyonçu Con Ceykob Astora məxsus olan bu aksessuar 1,175 milyon funt sterlinqə (1,38 milyon avro) yeni sahibinin olub.

Ən yüksək qiyməti təklif edən alıcı ABŞ-dan olan, adı açıqlanmayan kolleksiyaçıdır.

İngiltərənin Viltşire şəhərindəki hərrac evinin məlumatına görə, satış Astorun saatını indiyə qədər hərraca çıxarılan ən bahalı “Titanik” xatirə əşyası edir. Qeyd edilir ki, bu titul əvvəllər fəlakət zamanı çalınan skripkaya məxsus olub: bu musiqi aləti 2013-cü ildə eyni hərracda 1,1 milyon funt sterlinqə satılıb.

Hərracçı Endryu Aldric bildirib ki, “Titanik” xatirə əşyalarının satışından əldə edilən ümumi məbləğ “tamamilə inanılmazdır”. Onun fikrincə, bu, təkcə əşyanın özünün əhəmiyyətini deyil, həm də insanların 112 il əvvəl batmış gəmiyə marağını xarakterizə edir.

Müəllif: Ayna.az