Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq – <font color=red> ÖZƏL</font>

Maraqlı

18.09.2020 - 23:11

Stefan Trimbl: “Onlar həm meşələrdə, həm dağlarda, həm də şəhər binaları arasında sərbəst hərəkət edə bilir”

 

Amerikalı hərbi ekspert Stefan Trimbl AYNA-ya özəl müsahibəsində maraqlı mətləblərə toxunub. Beləliklə:

 

- Cənab Trimbl, Azərbaycan Amerika istehsalı olan “Bell 412” helikopterlərini aldı. Onlar 26 iyul 2018-ci il tarixində Silahlı Qüvvələrin 100 illiyi şərəfinə keçirilən hərbi paradda nümayiş olundu. Ancaq bu pərli maşın haqqında çox az şey məlumdur. Bu barədə daha çox məlumat verə bilərsinizmi?

 

- “Bell 412” dörd bıçaqlı (plsatlı), rotorlu, ümumi təyinatlı mülki helikopterdir. Kabinəsinin iki plastlı “Bell 212” helikopterindən götürüldüyü, “Bell 212” ilə “Bell 412” arasındakı digər əhəmiyyətli fərq, 412-də olan hər bir rotor bıçağının metaldan deyil, kompozit materialdan olmasıdır. Bu, bıçağı daha yüngül və güclü edir, helikopterin daha çox yük götürməsinə imkan verir.

- Bu texnika hələ də Amerika ordusunda xidmətdədir?

 

- Bəli. Sadəcə “Bell” əvvəlcə ABŞ Hava Qüvvələrinə 212 modifikasiyasını satdı və bu gün də “UH-1N” olaraq xidmətdə qalır. 412-lər müştərinin tələbinə cavab olaraq hazırlanıb, lakin İtaliya və Britaniya hərbçiləri bu təyyarənin versiyalarını axtarış-xilasetmə və kəşfiyyat işləri üçün istifadə edirlər. Beləliklə, “Bell 412”-ni hərbi istifadəyə yararlı etmək üçün çevirmək olduqca mümkündür.

 

- Necə?

 

- Turelllər, pilonlar və atəşi idarəetmə sistemi quraraq.

 

- Bənzər bir yeniləmə edən varmı?

 

- Məsələn, italyanlar “Bell 412”-nin hərbi versiyasına raket blokları quraşdırdılar. Digər müştərilər müxtəlif növ pulemyotlar quraşdırdılar. Hər şey konkret bir operatorun ehtiyaclarından asılıdır.

 

- “Bell 412”-ni aldıqdan sonra Azərbaycan başqa bir ABŞ helikopteri partiyası əldə etdi – “MD-530F Cayuse Warrior”. Bildiyim qədəri ilə bunlar yüngül zərbə maşınlarıdır. Digər ölkələrin oxşar helikopterləri ilə müqayisədə onların xüsusiyyəti nədir?

 

- “MD-530F” təkcə yüngül deyil, çox yüngül və manevr edən bir helikopterdir. Helikopterin əvvəlki versiyası, ehtimal ki, onu “MH-6 Little Bird” adlandıran ABŞ xüsusi təyinat təyyarələrindən biri kimi məşhurdur.

 

- Bildiyiniz kimi, Ermənistan Azərbaycanın tək düşmənidir. Döyüş əməliyyatları dağlıq ərazilərdə aparılacaq. “Cayuse Warrior” Azərbaycan ordusuna hansı üstünlükləri verir?

 

- “Cayuse Warrior”-un rotor bıçaqları, xüsusən “Bell 412” ilə müqayisədə nisbətən qısadır. Bu, “MD-530F”-in meşələrdəki, dağlardakı və ya şəhərlərdə binalar arasındakı kiçik boşluqlar kimi məhdud sahələrdə işləməsini təmin edir.

 

- Və bu helikopter hansı silahları daşımaq qabiliyyətinə malikdir?

 

- Düşməni məhv etmək üçün lazım olan hər şeyi - həm canlı qüvvəsini, həm texnikasını, həm də sığınacağını dağıda bilən silahları. Yəni raketlər, pulemyotlar və digər atəş nöqtələrini məhvetmə vasitələri.

 

Yusif Poladov,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az