Bir erməni qız üç azərbaycanlını necə döydü – ŞOKterapiya

Maraqlı

11.11.2021 - 13:13

İtalyanların belə hallarda dediyi kimi: “bu, həqiqət ola bilməyəcək qədər yaxşıdır”

Bu yaxınlarda erməni mediası çoxsaylı oxucularına həyəcanlı xoşbəxtlik anları yaşadan “şok xəbər” yayıb. Sən demə, Moskvada yaşayan və təkbətək döyüşlərlə məşğul olan, 23 yaşlı erməni Diana Martirosyan Ermənistan bayrağını təhqir edən üç azərbaycanlını döyüb. Bu xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb və xeyli müzakirə olunub.

İş o yerə çatdı ki, qədim Roma ovçuluq ilahəsinin adının daşıyıcısı olan xanım, az qala Erməni Qriqorian Kilsəsi tərəfindən kanonlaşdırıldı. Ancaq, necə deyərlər, musiqi uzun sürmədi, fraer çox rəqs edə bilmədi...

Və hər şey “Sismasis” teleqram kanalı ilə başladı, orada “Facebook” sosial şəbəkəsinin istifadəçisi Sami Ayrapetyanın paylaşımı yer aldı və aydın səmada ildırım çaxması effekti verdi. O, ermənilərin ürəyinə yağ kimi yayılan hadisəni təfərrüatı ilə yaydı: Əynində idman paltarı və çantasında erməni bayrağı olan Diana mşqdən evə qayıdarkən, bayrağa sataşan üç azərbaycanlını təkbaşına xəstəxanalıq edir...

Bir müddət sonra bu “xəbəri” erməni mətbuatı, verilən “faktları” yoxlamağa belə, zəhmət çəkmədən tirajladı. Bir gün sonra isə “Sismasis” teleqram kanalı bildirdi ki, Moskvada Diana Martirosyanın üç azərbaycanlını döyməsi xəbəri fake, yəni saxta olub.

“Bu xəbəri, bir çox böyük media orqanını bunun həqiqət olduğuna inandırmağı bacaran bir axmaq icad edib. O, ifşa olunduqdan sonra paylaşımlarını silib və sadəcə sərxoş olduğunu yazıb. Onu ifşa edənlərdən biri də politoloq Mariam Ovsepyan olub. Üzr istəyirik ki, biz də əsas media orqanlarına inandıq və onlara istinad edərək bu xəbəri dərc etdik”, - deyə “Sismasis”də bildirilir.

Bu teleqram kanalının rəhbərliyinə görə, onlar erməni mediasından fərqli olaraq, saxta xəbərlər yaymaqda günahlarını etiraf ediblər. Quraşdırılmış bu hekayədə əsas məqsəd erməni mediasını sadəlövhcəsinə, Moskvada erməni qadının azərbaycanlıları döyməsinə inandırmağa hesablanıb. Eyni zamanda sual verilmir ki, bu hadisə niyə baş verdi. Və baş veribsə, nə əcəb rus nəşrlərinin diqqətindən yayınıb?

Erməni mediası sadəlövhcəsinə belə bir hadisənin Azərbaycan diasporunun diqqətindən kənarda qala biləcəyinə inanırdı? Həqiqətən də geniş yayılmış saxta xəbərə görə, 2008-ci ildən əlbəyaxa döyüş sənəti ilə peşəkar şəkildə məşğul olan Diana iki azərbaycanlını ağır yaralayıb. Və bu, artıq ona qarşı cinayət işinin açılması deməkdir.

Saxta müəllif hətta qeyd edir ki, bu halda Diana təhlükədə deyil və Rusiyanın ən varlı adamlarından biri onun qardaşı ilə əlaqə saxlayıb və onu əmin edib ki, mümkün girovdan və mənəvi təzminat məbləğindən başlayaraq bütün xərcləri öz üzərinə götürəcək. İtalyanların belə hallarda dediyi kimi, “bu, həqiqət ola bilməyəcək qədər yaxşıdır”.

Bununla yanaşı, müəllif artıq məlumatın özünə şübhə toxumu səpib. Belə ki, saxta xəbər yayan şəxs deyir ki, Diana “hadisə”dən sonra bütün sosial media profillərini deaktiv edib. Halbuki, əgər doğurdan da bu hadisə baş versəydi, onun bu xəbəri mümkün qədər çox yayaraq, ermənilərin rəğbətini qazanması və hadisənin mümkün nəticələrindən özünü qorumaq üçün danışması daha məntiqli olardı. Amma yalanın ömrü qısa olur.

Bu fakt Ermənistanda ayrı-seçkiliksiz azərbaycanofobiyanın hökm sürdüyünü əyani şəkildə sübut edir. Erməni camaatına çörək verməyin, sadəcə olaraq azərbaycanlılara qalib gələn Diananın olduğu bir tamaşa verin...

Müəllif: Asif Aydınlı