“Facebook”un loqotipi dəyişdi

Maraqlı

29.10.2021 - 15:59

Şirkətin loqosunun mavi sonsuzluq işarəsinə dəyişdirildiyi görünür

“Facebook” şirkəti ABŞ-da yerləşən baş qərargahındakı bilbordlarında yeni loqolarını nümayiş etdirib. AYNA Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Facebook”un Kaliforniyadakı baş ofisinin qarşısından bir neçə foto yayılıb. Görüntülərdə şirkətin loqosunun mavi sonsuzluq işarəsinə dəyişdirildiyi görünür.

Xatırladaq ki, Mark Zukerberq dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”, həmçinin “Messenger”, “WhatsApp” və “Instagram” da daxil olmaqla xidmət markalarını qorumaqla, şirkətin adının “Facebook”dan “Meta”ya dəyişdiyini açıqlayıb. Zukerberqin sözlərinə görə, “Meta” - yunanca “sonra” sözündəndir.

Qeyd edək ki, ötən həftə “Facebook”un “metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün adını dəyişdirmək planları barədə mətbuatda məlumat yayılmışdı.

Xatırladaq ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – “metakainat” planları cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər.

Müəllif: Ayna.az