Koronavirusa qarşı mübarizədə yeni tapıntı

Maraqlı

15.04.2020 - 13:03

Vərəm əleyhinə istifadə olunan peyvənd COVID-19-a qarşı da effektlidir

 

ABŞ-da aparılan bir araşdırmaya görə, vərəm peyvəndi olaraq tanınan BCG istifadə edilən ölkələrdə koronavirusdan ölənlərin sayı digər ölkələrə nisbətən daha azdır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat açıqlayıb.

 

Tədqiqat aparan mütəxəssislər dünyada vərəm peyvəndindən istifadə edilən ölkələrdə virusdan ölüm nisbətinin 5,8 dəfə az olduğunu vurğulayıblar: “BCG-nin istifadəsini araşdırdıq və belə bir nəticə əldə etdik”.

 

Araşdırmanın nəticələrinə əsasən, 1921-ci ildən etibarən istifadə olunmağa başlanan və vərəmlə mübarizədə böyük əhəmiyyətə malik olan peyvənd Covid-19 ilə mübarizədə də böyük əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bu həftə BCG peyvəndinin koronavirusa birbaşa təsir etdiyinə dair bir nəticəyə gəlməyin lazım olduğunu açıqlamışdı.

Müəllif: Ayna.az