İki erməni əsgər iki Azərbaycan tankına qarşı – Nağıl qalib gəldi

Maraqlı

20.12.2021 - 10:26

Həkimlər Klinikalar SEO Xidməti

Ya da belə: farslar azacıq tab gətirsəydilər, o gün Makedoniyalı İsgəndər üçün sonuncu gün ola bilərmiş...

Gəncliyimdə Amerika filmləri normal Sovet insanı üçün “zərərli” hesab ediləndə, biz Qərbdə həyatın çirkin formada qarşımıza çıxdığı videokasetlər tapmağı bacarırdıq. Ən çox da təbii ki, döyüş filmləri diqqətimizi cəlb edirdi və Silvester Stallonenin iştirakı ilə çəkilən filmlər gənclərin arasında daha populyar idi.

Məsələn, "Rembo" filmi. Yeniyetmələrdən kim Vyetnamda, Əfqanıstanda ruslara qarşı təkbaşına döyüşən Amerika qəhrəmanı kimi olmağa çalışmadı ki...

Ən çox Rembonun idarə etdiyi tankın sükan arxasında rus olan helikopterə çırpılması epizodu xoşuma gəlirdi. Təbii ki, Rembo bu toqquşmadan qalib çıxırdı.

Filmdə hər şey ola bilər. Lakin məlum oldu ki, Rembo sağdır və o, amerikalı deyil, ermənidir. Ən maraqlısı isə budur ki, ermənilər öz “cəsarətləri” ilə Rembonu belə, geridə qoyublar. Və buyurun, bu da “sübut”.

Azərbaycan Silahlı Qüvvələrinin iki “T-72AV” tankı birbaşa qarşıdurmada iki erməni hərbçinin öhdəsindən gələ bilməyib. 2020-ci ilin payızında Qarabağda gedən müharibə zamanı lentə alınan müvafiq video “Voennıy osvedomitel” kanalı tərəfindən yayılıb.

Kadrlarda iki hərbi zirehli maşının Ermənistan ordusunun iki hərbçisinin gizləndiyi səngəri dağıtmağa çalışdığı göstərilir. Bununla belə, bunu tanklar bacarmır.

“Əsgərlər də öz növbəsində tank əleyhinə qumbaraatanla atəş açır və “T-72AV” tankını geri çəkilməyə məcbur edə bilirlər. Bundan sonra onlar səngərdən çıxırlar və yola düşən döyüş maşınlarına tank əleyhinə əl qumbaraatanları atırlar", - deyə kanalın sujetində bildirilir.

Və burada teatral fasilə lazımdır. Mərhum rus satirik Mixail Zadornov demiş: "Hazırsınızmı?"

Barabanlar döyülür: Məlum olur ki, əvvəla, videonun dəqiq nə vaxt və harada çəkildiyi göstərilmir. Döyüşün nəticəsi barədə də məlumat verilmir.

Bilirsiniz, heç gülməli də deyil. Nə döyüşü? İki tanka qarşı iki əsgər? Bununla belə, niyə də olmasın? Axı bir-iki min il əvvəl ermənilər, az qala Makedoniyalı İsgəndərin özünü dayandırmışdılar.

Beləliklə, ermənilər səmimi şəkildə inanırlar ki, erməni hərbçiləri düşmənə arxa çevirmədən geri çəkiliblər. Əgər qalan hissələrdə farslar çaxnaşmalara tab gətirsəydilər, bu gün Makedoniyalı İsgəndər üçün sonuncu gün ola bilərdi.

Məncə, hər şey aydındır. Süvarilərin, özü də düşmənə arxa çevirmədən geri çəkilə bilməsi yalnız ermənilərin ağlına gələ bilərdi. Budur, bu da sizin üçün daha bir erməni ixtirası: arxa sürət. Yəni, avtomobil də sırf erməni ixtirasıdır.

Və son ştrix. “Voennıy osvedomitel”in əməkdaşlarından biri də Semyon Peqovdur. Həmin Peqov ki,  44 günlük müharibədə ağzı köpüklənə-köpüklənə Şuşanın ermənilərdə olduğunu bəyan edirdi. Düzdür, həmin zaman o, uzaqda idi və ağası Aram Qabrelyanov tərəfindən danlanırdı.

Yenə də iki...

Müəllif: Fed Bakinski