Aya virtual səyahət – <font color=red> VİDEO</font>

Maraqlı

19.07.2019 - 17:48

İlk səyahətin 50-ci ildönümü ilə əlaqədar animasiya təqdim hazırlanıb

 

ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti eyni adlı veb brauzerində Aya səyahətin 50-ci ildönümü ilə əlaqədar animasiya təqdim edib. AYNA xəbər verir ki, 20 iyul 1969-cu ildə “Apollo 11” proqramı daxilində aya həyata keçirilən ilk səyahətdə kosmonavtlar Neil Armstronq və Buz Aldrin iştirak edib.

 

“Apollo 11” raketi 16 iyul 1969-cu ildə Florida ştatında yerləşən Kennedi Kosmik Bazasından Aya yollanıb. Səyahət, ümumilikdə 76 saat davam edib.

 

Xatırladaq ki, 20 iyul 1969-cu ildə Neil Armstronq Aya ayaq basan ilk insan olaraq tarixə düşüb. Onun ardından Buz Aldrin də Ay səthinə enib. Bu tarixi anları 600 milyondan çox insan canlı yayımda izləyib.

 

Animasiyanı təqdim edirik:

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə