Altı min yaşı olan tarixi eksponatlar muzeyə təqdim edildi – FOTOLAR

Maraqlı

06.05.2022 - 02:21

Eksponatlar 1973-cü ildə tarix müəllimi Cəlil Bəşirov tərəfindən aşkarlanıb

Zərdab "Yeni Nəfəs" tədris mərkəzinin təsisçisi, "Əmək şöhrəti" ordenli, respublikanın Baş müəllimi Cəlil Bəşirov uzun illər tarix müəllimi işlədiyi Hüseynxanlı kənd məktəbində təşkil etdiyi tarix-diyarşünaslıq muzeyinin bir sıra qiymətli eksponatlarını Zərdab tarix-diyarşünaslıq muzeyinə təqdim edib.

AYNA xəbər verir ki, muzeyin əməkdaşları həmin eksponatlardan xüsusi güşə təşkil ediblər.

Guşənin açılış mərasimində iştirak edən Cəlil Bəşirov bildirib ki, bu eksponatları zamanında Xanməmmədli kənd ərazisindən aşkarlayıb. Çox qiymətli bu tapıntıların bir çoxu orta Tunc dövrünə aiddir və təxminən 6 min yaşı vardır. Həmçinin, Cəlil Bəşirovun 1973-cü ildə Xanməmmədli kəndinin ərazisindən tapdığı küp-qəbirdən götürülən arxeoloji tapıntılar izləyicilərin marağına səbəb olub. Muzeyin əməkdaşları Cəlil müəllimə muzeyə yeni eksponatlar təqdim etdiyi üçün təşəkkür ediblər.

Altı min yaşı olan tarixi eksponatlar muzeyə təqdim edildi – Altı min yaşı olan tarixi eksponatlar muzeyə təqdim edildi – Altı min yaşı olan tarixi eksponatlar muzeyə təqdim edildi –
Müəllif: Ayna.az