Və ya həmişə açıq olan “Dağlar qapısı”
Lerik rayonunun Zuvand bölgəsində möcüzəli bir təbiət abidəsi var. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə dağ silsiləsinin bir üzündən digər üzünə böyük bir oyuq açılır.
Bu dəlikdən bir hərbi təyyarə keçə bilər. Aşılması xeyli çətin olan dağın bir üzündən digər üzünə keçmək üçün, sanki xüsusi olaraq oyuq açılıb.
Qədim insan məskənləri olan Buzeyir mağaraları ərazisində yerləşən bu əraziyə “Dağlar qapısı” deyilir.
AYNA bu maraqlı zirvədən çəkilən fotoları oxucularına təqim edir.









