““Terafab Texas” Yer kürəsindəki ən böyük və ən dəyərli bina olacaq”
Amerikalı sahibkar və milyarder İlon Mask Texasda gələcək “Terafab” çip istehsal müəssisəsinin dizaynını “X” sosial media platformasında təqdim edib.
AYNA.AZ xəbər verir ki, o, “X”də video paylaşaraq yazıb: “"Terafab Texas” Yer kürəsindəki ən böyük və ən dəyərli bina olacaq".
Maskın “SpaceX” şirkətinin veb saytında müəssisənin təxminən 9,3 milyon kvadrat metr sahəni əhatə edəcəyi bildirilir. Bu, “Terafab”ı dünyanın ən böyük çip istehsal müəssisəsinə çevirir.
Məlumata görə, bu çiplər “Optimus humanoid” robotlarında, “Cybercab” robot taksilərində və “SpaceX”in kosmik məlumat mərkəzlərində istifadə olunacaq.