Gənclərin ən sevdiyi müəllif Bakıya gəlir! 

Maraqlı

10.01.2022 - 20:13

Türkiyənin sevilən yazıçısı Miraç Çağrı Aktaş Bakıya gəlir

2021-ci ildə oxucular tərəfindən ən çox soruşulan müəllifi ˝LIBRAFF˝ oxucuları ilə görüşdürür. AYNA xəbər verir ki, gənclər arasında kitabları rəğbətlə qarşılanan müəlliflə görüş 15 yanvar saat 14:00-da ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin ˝Park Akademiya˝ filialında baş tutacaq. 

Daha ətraflı məlumat ˝LIBRAFF˝ın (https://www.instagram.com/p/CYZbOLzgBam/) sosial media hesablarından əldə etmək mümkündür.

Ünvan: "LIBRAFF"ın ˝Park Akademiya˝ filialı.
(Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz, Hüseyn Cavid pr.100)

Qeyd: Pandemiya səbəbindən yerlər məhduddur. İştirak qaydaları ilə bağlı ətraflı məlumatı ˝LIBRAFF˝dan əldə edə bilərsiniz.

Keçid üçün:

Instagram: https://www.instagram.com/p/CYZbOLzgBam/

Facebook: https://www.facebook.com/LIBRAFF/photos/pcb.4665918733445591/4665918643445600/

Müəllif: Ayna.az