Alzheimer kimi xəstəliklrin yaranma səbəblərini aydın etməyə kömək edəcək
Qurğu, əvvəllər mümkün olmayan neyrobioloji tədqiqatların keçirilməsinə imkan yaradacaq. Bu, bir çox beyin xəstəliklərinin yaranma səbəblərini üzə çıxardaraq, onların müalicə edilməsi üçün preparatların hazırlanmasında kömək edəcək.
AYNA deyerler.org-a istinadən bildirir ki, Cənubi Koreya və ABŞ-dan olan tədqiqatçılar, preparatların və işığın vasitəsi ilə, beynin müəyyən neyronlarına təsir edən naqilsiz implant hazırlayıb. Siçanlar üzərində sınaqdan keçirilmiş qurğu, preparat dozasına, mikroflora kanallarına və işıq diodlarına malik olan, çoxistifadəli katricdən ibarətdir. Smartfonda olan sadə paroqramın köməyi ilə, blutuz əlaqəsindən istifadə edərək, qurğunu idarə etmək mümkün olacaq.
Proqram vasitəsi ilə dərman və işiq stimulyatorların müəyyən iş ardıcıllığını tənzimləmək olacaq. Belə texnologiya neyrobioloqlara beyin fəaliyyəti haqda daha çox məlumat əldə etməsinə və depresiya, Alzheimer kimi xəstəliklrin yaranma səbəblərini aydın etməyə kömək edəcək.