Göydən üç alma düşməyəcək"/>

"Voopşe" "çaktırmadan" "pryamoy" vurun: <font color=red> Göydən üç alma düşməyəcək</font>

Maraqlı

29.06.2020 - 23:38

Bizim vaxtımızda nanotexnologiya yoxdu, amma...

 

SMS-dən icazə alıb məhəllədə dolaşırdım. O fikirlə ki, gör, hardan-haralara gəldik, nəyi xəyal edirdik, nələri yaşayırıq. İNSAN olacaqdıq – hər şeyin və hər şeyin fövqündəki İNSAN! Və bu gün əsir olan insan – evə, maskaya, spirtə, bir-birindən (özündən) uzaq qalmağa...

 

Sol çiynimə bir zərbə dəydi. Eyni anda da uşaq səsi: “Sənə demədimmi, çaktırmadan pryamoy vur?!”

 

Top-top oynayan iki 7-8 yaşlı uşağın (hər halda, SMS-lə çıxmışdılar həyətə) arasında qalmışdım, mübahisə edirdilər. Məqsədləri mənim ayağımın arasından top ötürüb, qarşıda qurduqları “qapıdan” qol keçirməkmiş. Top əyri gedib, kürəyimə dəyib.

 

Birtəhər barışdırdım onları – özümü görməzə vurdum, yavaş-yavaş və ayaqlarımı geniş açaraq yeridim, nəhayət, arzularına çatdılar – QOL!

İsrail Bayındırlık ; Uçurtma uçuran çocukları vurmak zalimce ve ...

Və yoluma davam edə-edə düşünürdüm “çaktırmadan” və “pryamoy”u. Əcaba, bu sözlərin dilimizdə hiss etdirmədən və birbaşa qarşılığı yoxdurmu? Hər halda, var. Amma hardan bilək? Evlərimizdə yarırusca danışırıq (həm də alayarımçıq) – “pryamoy”, “vopşe”, “srazı”, “davay”, “uspet eləmək”, “yesli şto” və sair-və ilaxır...

 

Bizdən bunları eşidən övladların ikinci istinadgahı Türkiyə telekanallarıdır. İnsafən, bu məsələdə nə valideyn, nə övlad, nə də Türkiyə telekanalları günahkardır. Bizim TV-ləri evə soxmaq olur ki, uşaq da ordan nəsə öyrənsin? Məsələn, Ana dili – iraq olsun! “Luçşe” (ən yaxşısı) rusca qırıldatsınlar. Ananın dilini bizim şoubazların ağzından öyrənmək... təkrar iraq olsun!

 

Yenə də insafən, Ana dilimizdə çox səlis, savadlı, peşəkar şəkildə danışan müəllimlər və müəllimələr də var. Hətta, efirdə. Hətta, hər gün. Və eyni sifətdə (simada). Amma onların dilə gətirdikləri fikirlər, manısların ana dilinin qol-qabırğasını qıra-qıra danışdıqları məzhəkədən, məsxərədən heç də az təhlükəli (ən azı, uşaqların psixologiyası, dünyagörüşü üçün) deyil.

 

Belə olanda, gəl də, pultu (uzaktan kumandanı) uşağın əlindən al(ma)! Ən azından, “TRT çocuk” var, ya da nə bilim, nəsə var. Həm də o “nəsələr” övladın tərbiyəsini pozmayacaq – bundan əminsən.

 

Elə buna görə “çaktırmadan” və “pryamoy” top-topçu balaları qınamaqdan vaz keçdim (imtina elədim). Yenə başladım düşünməyə: İNSAN... Bizim vaxtımızdakı (hər insan yaşa dolduqca “bizim vaxtımız” nostaljisini xatırlayır və “bizim vaxtımızda beləydimi?” iddiasında olur) İNSANı – uşağı, böyüyü.

 

Çox güman, haqsızam, lakin bizim vaxtımızda uşaqların və böyüklərin bu qədər yükü yoxdu... Məsələn, arxamca qol vurandan sonra topu tullayıb, “mən “tik-tok”a qoşuluram” deyən 7 yaşlının və onun valideyninin yükünü biz və bizim valideynlər daşımadı. Biz və bizdən əvvəlkilər bu qədər ağıllı deyildik, amma 10 bu qədər hüzurluyduq!

Крымский вирусолог дал прогноз развитию COVID-19 летом и осенью ...

Qəribədir, dünya bu qədər inkişaf edibsə, nanotexnologiyalar qulumuz-nökərimizdirsə, peykdən siqnal alıb-veririksə, kosmosla əlləşiriksə, niyə evdən bayıra SMS-lə (Short Message Service - qısa mesaj xidməti – ROBOT) çıxırıq və ya bəzən heç çıxa bilmirik? Aya ayaq basan, Marsda koloniya qurmağı hədəfləyən İNSANın Yer kürəsindəki qabiliyyəti bu qədərdirmi? Tibbimiz, təbibimiz 21-ci əsrə dəvə belindəmi gəlir ki, hələ də gəlib çatmayıb?

 

... “Voopşe” bizim vaxtımızda nə nanotexnologiya vardı, nə də nanovirus. Layla vardı o zaman, Ana dilində səslənən, dinlənən layla. Bir də yatanayaxın göydən üç alma düşürdü: Biri mənim, biri sənin, biri də... onu da yarı bölürdük. İndi hər şey var, təkcə göydən üç alma düşmür...

Müəllif: Tural Talehoğlu