Qaydaları pozanlarla bağlı yeni strategiya irəli sürülüb
"Facebook" digər istifadəçilərin platformalarından sui-istifadə etməyə təhrik edən əlaqələndirilmiş istifadəçi qruplarına qarşı tədbirləri gücləndirəcək.
AYNA TASS-a istinadən xəbər verir ki, "Facebook" saxta hesabları bloklamaq üçün yeni strategiya irəli sürür.
Yeni tədbirlər təhlükəsizlik qruplarına sosial şəbəkə qaydalarını sistemli şəkildə pozan əlaqələndirilmiş qrupları müəyyən etməyə və onlara qarşı daha sərt tədbirlər görməyə imkan verəcək.
Qeyd edək ki, "Facebook" şirkətin siyasətinə zidd hesabları mütəmadi olaraq silir.