Raket 204 gündən sonra geri qayıtdı

Maraqlı

25.06.2019 - 19:47

Rusiyanın "Soyuz" raketi geri qayıdıb

 

Beynəlxalq Kosmik Stansiyaya göndərilən  “Soyuz MS 11” raketi 204 gündən sonra Qazaxıstan ərazisinə eniş edib.

 

AYNA xəbər verir ki, Rusiyanın kosmik araşdırma proqramı nəzdində Beynəlxalq Kosmik Stansiyaya gedən, ABŞ Kosmik Tədqiqatlar Agentliyinin (NASA) kosmonavtı Anne Makkleyn, Rusiya Federasiyası Kosmik Agentliyinin kosmonavtı Oleq Kononenko və Kanada Kosmik Agentliyinin (CSA) kosmonavtı David Seint-Cekiyusdan ibarət heyət uğurlu şəkildə geri qayıdıblar.

Kosmonavt Kononenko, “Yer kürrəsinin havası üçün darıxmışdım” - deyə açıqlama verib.

 

Qeyd edən ki, Rusiyanın "Soyuz" raketi oktyabr ayındakı ilk səfəri zamanı texniki problemlə qarşılaşdığına görə geri qayıtmaq məcburiyyətində qalmışdı. Bundan sonra növbəti raket Kosmik Stansiyaya uğurla göndərilmişdi.

Müəllif: Ayna.az