VASYA ilə QALUA

Maraqlı

30.01.2022 - 21:47

Kosmosa “Здесь был Вася!” qəbildən “Sidik yarışması” kimi baxanda axırı belə olacaqdı… 

Vasya Aydakı bir karterə verilən addır.

Niyə Vasyanın adı bir kraterə verilsin?

Həm də Vasiliy yox, Vasya?

Nə üçün?..

Bu krater Ayın “Yağışlar dənizi” (lat. Mare Imbrium) adlanan bölgəsində yerləşir. 

1 mart 1970-də Sovetin “Lunoxod 1” (rus. Луноход 1) kosmik aparatı (rover) Ayı tədqiq etmək üçün bu bölgəyə enir.

Kosmik rover hərəkət etdikcə Sovetlər kəşf edilən hər kraterə Vasya, Kolya (Коля), Vitya (Витя), Kostya, Slava (Слава), Gena (Гена), Leonid (Леонид) və b. adlar veriblər.

Ayın bu bölgəsinin xəritəsini ilk dəfə görəndə elə bilmişdim “feyk”dir. Araşdıranda bu adda kraterlər olduğunu gördüm. Heyrətə düşmüşdüm…

Yer kürəsində cəmi 190-a yaxın krater var. Ayda isə diametri 20 km-dən çox olan 5185 (!) böyük krater var. 

Kiçikləri də saysaq, onların sayı bir neçə milyon olar.

Ayda Vasyalar, Kolyalarla bərabər, başqa adda kraterlər də var.

Məsələn, Qaliley, Bruno, Landau, Leybnits, Paster, Plank, Puankare, Delander, D’Alamber, Qalua, Fermi kimi dahi elm adamlarını deyə bilərəm.

Ayda Qaqarin, Korolyov, Tsiolkovski, Lomonosov, Lobaçevski və b. alimlərin adlarına da kraterlər var.

Bəs onda Vasya kimdir? 

Ya da Kolya, Kostya və digərləri? 

Onları tanıyan varmı?

Bir az araşdıranda gördüm ki, Vityalar, Slavalar “Lunoxod 1” kosmik roverinin operator –sürücülərdir. Raketqayırmanın ən son yeniliklərini 1945-də Verner fon Braundan çırpışdıran Sovetdən bundan artıq nə gözləmək olardı ki?

Sovetlər və indiki varisləri aerokosmonavtikanı hərbi qüdrət, başqa dövlətlər üzərində üstünlük əldə etmək üçün inkişaf etdirirdilər. Bu gün isə artıq nəinki inkişaf var, əksinə, olanları da əldən verdilər. 

Kosmosa “Здесь был Вася!” qəbildən “Sidik yarışması” kimi baxanda axırı belə olacaqdı… 

20 yaşında düeldə öldürüldü.

20 yaşına qədər ali cəbrin əsasını qoymuşdu;

20 yaşına qədər qrup nəzəriyyəsini yaratmışdı;

Dahi fransız riyaziyyatçısı Evarist Qaluanın (1811 – 1832) adına krater var, Vasyanın da.

Qalua krateri “Yağışlar dənizi”ndən görünmür, çox uzaqdır. Yoxsa Evarist Qalua yatdığı Parisin Monparnas qəbristanlığında tərs dönərdi..

Müəllif: İbrahim Nəbioğlu