Alsheymer xəstəliyinin inkişafını bu yollarla ləngitmək olar - <font color=red> Professor açıqladı</font>

Maraqlı

11.09.2019 - 00:47

Bu xəstəliyə daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinir

 

21 sentyabr Alsheymer xəstəliyi ilə mübarizə günüdür. Alsheymer xəstəliyi yaddaş itkisi və beynin zədələnməsi nəticədə psixi funksiyaların pozulmasıdır.  Xəstəliyi tamamən müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür. Hər il bütün dünyada bununla bağlı müxtəlif kampaniyalar və tədbirlər keçirilir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, tədbirlər çərçivəsində çıxış edən Beykoz Universitetinin Peşə Məktəbinin direktoru professor Gültən Kaptan alsheymer xəstəliyinin gündəlik həyatı çətinləşdirdiyini bildirib. O, xəstənin bu prosesi asan keçirməsinin və xəstəliyin inkişafının ləngidilməsinin mümkün olduğunu söyləyib.

 

G.Kaptanın sözlərinə görə, alsheymer xəstələrinə dəstək verilməsi vacibdir. Onlar normal həyatdan təcrid olunmamalı və gündə ən azı 10 dəqiqə məşq etməlidirlər.

 

Bu xəstəlikdə yaş faktorunun önəmli rol oynadığını və daha çox 65 yaşdan yuxarı şəxslərdə rast gəlindiyini bildirən professor qeyd edib ki, xəstəlik 65 yaşdan aşağı şəxslərdə də müşahidə oluna bilər.

 

G.Kaptan məsləhət görüb ki, lazımi yardımın göstərilməsi üçün xəstələr yaşadıqları ərazilərdəki müvafiq qurum və təşkilatlara müraciət etsinlər.

 

Müəllif: Ayna.az