İlon Mask Marsa bir milyon insan göndərməyi planlaşdırır

Maraqlı

08.04.2024 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq

“SpaceX” böyük təqdimat keçirdi və bu təqdimatda təşkilatın rəhbəri İlon Mask da iştirak etdi. Milyarder “SpaceX”in gələcəyi ilə bağlı fikirlərini, həmçinin Mars planetinin kolonizasiyası ilə bağlı təxmini planını bölüşüb. AYNA xəbər verir ki, Maskın nitqinin qeydi “YouTube”da və rəsmi “SpaceX”in “X” hesabında mövcuddur.

Milyarderin sözlərinə görə, nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq. “Starship 3” yeni nəsil “Raptor” mühərriki ilə təchiz edilib və onun sayəsində raket bortunda 200 tona qədər yük daşıya biləcək.

Mask “Starship 3”ün nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bunun şirkətə çox az xərcə başa gələcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər “Falcon 1”in buraxılışı indi 10 milyon dollara başa gələcəksə, “Starship 3”ün qiyməti 2-3 milyon dollar olacaq.

“Bunlar demək olar ki, ağlasığmaz rəqəmlərdir. Heç kim bunun mümkün olacağını düşünmürdü. Üstəlik, qarşıya qoyulan məqsədə çatmaq üçün fizika qanunlarını heç pozmağa da ehtiyac qalmayacaq”, - Mask qeyd edib.

Bundan əlavə, “SpaceX” rəhbəri bildirib ki, Marsın tədqiqi təxminən 20 il çəkəcək. Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.

Mask gəmilərin təxminən iki ildən bir Marsa gedilməsini istəyir. Bu qanunauyğunluq müstəmləkəçilərə təkcə müntəzəm resurs tədarükü ilə deyil, həm də Yerə qayıtmaq imkanı verəcək.

Müəllif: Ayna.az