27 dəqiqə ərzində 6 dəfə ölüb-dirilən qadının hekayəsi hər kəsi şoka salıb
ABŞ-ın Kaliforniya ştatında yaşayan Meydie Conson adlı qız “Instagram” hesabında qolundakı qeyri-adi döymənin hekayəsini paylaşıb. Bütün dünyanı şoka salan paylaşım “Instagram”da 18 mindən çox bəyənmə yığıb.
AYNA xəbər verir ki, döymədəki yazı ilk başdan anlaşılmaz qaralama kimi görünür. Ancaq diqqətlə baxdıqda, sanki bir uşağın əlyazmasıyla yazılmış qarışıq bir cümlə oxunur.
Meydie Conson bu döyməni 27 dəqiqə ölü qaldıqdan sonra təkrar həyata dönən xalası Tina Hinesin xatirəsi üçün döydürüb. Ürək xəstəliyindən əziyyət çəkən Tina 6 dəfə ölüb-dirilib. Dörd dəfə həyat yoldaşı, iki dəfə isə xəstəxanadakı həkimlər tərəfindən həyata qaytarılıb.
Meydie xalasının inanılmaz həyat hekayəsini bölüşüb: “Təxminən bir il əvvəl ən heyrətləndirici, ən sağlam insanlardan biri olan xalam Tina infarkt keçirdi. Həyat yoldaşı Brian xəstəxanaya aparılana qədər xalamı dörd dəfə həyata qaytardı. Xəstəxanaya çatanda isə həkimlər xalamın öldüyünü dedilər. Defibrilyatora qoşulan xalam möcüzəvi bir şəkildə ayıldı. Ayılanda danışa bilmirdi. Uşaqlarından qələm-kağız istədi. Kağıza “o gerçəkdir” – deyə yazdı. Otaqdakı insanlar şoka düşmüş şəkildə, “gerçək olan nədir?” – deyə soruşdular. Göz yaşlarına boğulmuş xalam barmağıyla göy üzünü göstərdi”.
“Bu gerçək həyat hekayəsini sizinlə bölüşməyə məcburam. Bəzən zəifləyən inancım artıq çox güclüdür. Bu hadisə mənə sonsuz bir ümid verdi, həyat tərzimi dəyişdirdi” – deyə, Meydie Conson qeyd edib.