COVID-19-dan qurtuluş müjdəsi

Maraqlı

12.06.2020 - 15:11

Müşahidələr “Favipiravir”in koronavirusun müalicə müddətini 11 gündən 4 günə endirdiyini göstərir

 

“Favipiravir” haqda kiçik bir status yazıb sizi sevindirmək istəyirdim. Kompüterimi yenicə açmışdım ki, gənc dostum Hikmet Hacızadə yazdı: “Favipiravir” haqda xəbərlərə inanmaq olarmı?”. Mən də “100 faiz” deyə cavab yazdım.

 

Türk həkimləri bir müddətdir ki, COVID19 xəstəliyinin müalicəsində “Favipiravir” dərmanından istifadə edirlər. İlk müjdəli xəbəri iki gün əvvəl Prezident Ərdoğan vermişdi. Ancaq xalq arasında Türkiyənin yeni bir dərman sintez etdiyi, TÜBİTAK-dakı alim və araşdırmaçıların təsirli bir preparat istehsal etməyə nail olduqları haqda sevindirici xəbərlər gəzirdi.

 

Favipiravir” nədir?

 

İlk dəfə yaponlar tərəfindən istehsal edilən “Favipiravir” 2014-cü ildən bəri Yaponiya və bəzi başqa ölkələrdə satılmaqda olan dərmandır. Viruslara qarşı istifadə edilən “Favipiravir”in testləri mərhələsində zərərli yan təsirləri müşahidə edilməyib.

 

Bu ilin fevral ayında Çin xəstəxanalarında COVID19 müalicəsində test məqsədilə istifadə edilməyə başlandı. 17 mart tarixində isə çinlilər dərmanın Vuhan və Shenzhen xəstəxanalarında çox təsirli olduğunu iddia etdilər.

 

Müşahidələr “Favipiravir”in COVID19-un müalicə müddətini 11 gündən 4 günə (!) endirdiyini göstərdi.

 

Türkiyədəki sintezi

 

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, Səhiyyə Nazirliyi, TÜBİTAK, İstanbul Medipol Universiteti və “Atabay İlaç” əməkdaşlığı nəticəsində “Favipiravir”in yerli sintezi Dosent Mustafa Güzel və Zeynep Atabay Taşkent adlı alimlərin koordinasiyası ilə, 32 nəfərlik araşdırmaçılar qrupu tərəfindən 40 gün kimi qısa bir zaman içində istehsal edildi.

 

Yerli xammalla sintezlənərək istehsal edilən dərmanı industrial səviyyəyə gətirmək üçün TÜBİTAK Başkanı Prof. Dr. Hasan Mandal və araşdırmaçılar heyəti Sənaye və Texnoloji naziri Mustafa Varankı ziyarət edərək dərmanın ilk nümunəsini lisenziyalaşdırmaq üçün ona təqdim etdilər. (Dərman Türkiyədə “Favicovir” adı ilə çıxacaq).

 

İnsanlarımıza kapital qoyaq, gənclərimizi təşviq edək ki, elmə, irfana meyl etsinlər. Gələcək Elmlə gələcək çünki...

Müəllif: İbrahim Nəbioğlu

Ramanada faciə

Dünən, 17:26 Hadisə