Yaponiyanın ən yaşlı vətəndaşı vəfat edib

Maraqlı

31.08.2026 - 15:08

Şigeko Kaqava 115 yaşında dünyasını dəyişib

Yaponiyanın ən yaşlı vətəndaşı Şigeko Kaqava 115 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Nippon” TV ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, 1911-ci ildə anadan olan və Nara prefekturasında yaşayan Şigeko Kaqava 27 avqustda vəfat edib. Artıq Yaponiyanın ən yaşlı vətəndaşı hazırda Kiotodan olan 114 yaşlı Fue Kişimotodur.

Dünyanın ən yaşlı insanının britaniyalı qadın Etel Katerham olduğu güman edilir. BBC əvvəllər onun 2026-cı ildə 117 yaşına çatacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş