Şahzadə Harrinin gizli kitab sözləşməsinin detalları ortaya çıxıb

Maraqlı

25.07.2021 - 03:11

Harrinin Opra Uinfri ilə olan reportajdan sonra ailəsi ilə ipləri qırılma nöqtəsinə gəlib

 

Kral ailəsi haqqında ikinci kitabın Kraliça II Elizabet öldükdən sonra yayımlanması şərtinin olduğu iddia edilir.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, şahzadə Harrinin Kral ailəsinə baş ağrısı verəcək kitabı ilə bağlı yeni detallar ortaya çıxıb. Harrinin dörd kitablıq bir razılaşmaya imza atdığı deyilir.

 

Kral ailəsindəki vəzifələrini tərk edərək Amerikada yeni bir həyat quran Şahzadə Harrinin Opra Uinfri ilə olan reportajdan sonra ailəsi ilə ipləri qırılma nöqtəsinə gəlib və bundan sonra isə o, kitab anlaşması ilə gündəmdədir.

 

Şahzadə Filipin cənazəsində və Şahzadə Diana heykəlinin açılışında İngiltərəyə qayıdan Harrinin atası Şahzadə Çarlez və böyük qardaşı Şahzadə Villiam ilə aralarındakı buzu əritdiyi idda edilsə də, onun Ameriakaya köçməsinə dair kitab nəşr etdirəcəyi xəbərləri bu iddiaları təkzib edib.

 

Harrinin İngiltərənin ən böyük nəşriyyat evlərindən biri olan “Penguin Random House” ilə gizli kitab müqaviləsinin detalları ortaya çıxıb. “Daily Mail”in xəbərinə görə, Şahzadə Harrinin bir deyil, birdən çox kitabının çap edəcəyi deyilib. Cəmi dörd kitabın çıxması gözlənilir və onlardan birinin Meqan Markl tərəfindən yazılmış sağlamlıq kitabı olacağı bildirilib.

 

Harrinin ilk kitabının gələn il çıxması gözlənilsə də, krallıq sirlərini açacağı ikinci kitab üçün fərqli bir şərtin olduğu deyilib. İnkinci kitabın İngiltərə Kraliçası II Elizabetin ölümündən sonra yayımlanacağı bildirilib. Sözləşmədə bu maddənin olması kitabdakı məlumatlarla bağlı fərziyyələrə rəvac verib.

 

Şahzadə Harrinin kitabların satışından əldə edəcəyi mənfəəti xeyriyyə fondlarına bağışlayacağı bildirilib.

Müəllif: Ayna.az