Qara almaz fevralın 10-da yeni sahibini tapacaq
Böyük Britaniyanın “Sotheby's” hərrac evi dünyanın ən böyük qara almazını auksiona çıxarıb.
AYNA xəbər verir ki, Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almaz fevralın 3-9-da onlayn hərraca çıxarılıb.
İçərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yer üzünə düşməsi nəticəsində əmələ gəldiyi düşünülən qara almaz fevralın 10-da yeni sahibini tapacaq.
1990-cı illərdə hazırkı sahibi tərəfindən satın alınarkən xam halında çəkisi 800 karat olan “Enigma” üç illik emaldan sonra son formasını alıb. Yaxın Şərqdən ilhamlanaraq hazırlanan, xurma şəklində kəsilmiş “Enigma”nın təxminən 3-5 milyon funt sterlinqə alıcı tapacağı gözlənilir.