Alimlərdən solaxaylarla bağlı xəbərdarlıq: <font color=red> Bu xəstəliklərə diqqət edin</font>

Maraqlı

06.09.2019 - 09:20

Araşdırmaya görə, solaxaylar yüksək şizofreniya riski daşıyırlar

 

Tibb və elm dünyasının tez-tez gündəmə gələn, "İnsan necə solaxay olur" sualına cavab alimlərdən gəlib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə əhatəli bir araşdırmanın nəticəsi dünyanın mötəbər tibb və elm jurnalı olan "Brain"də dərc olunub. 

 

Araşdırmaya 38.000 mini solaxay olan 400.000 nəfər cəlb edilib və araşdırma nəticəsində maraqlı detallar ortaya çıxıb. 

 

Hər 10 nəfərdən birinin solaxay olduğu bildirilərkən, araşdırmanı aparan Professor Dominic Furniss qeyd edib ki, araşdırma nətiəsində solaxay olmağın genetik amillərlə formalaşmış beynin quruluşu ilə bağlı olduğunu, bədbəxtlik və ya uğursuzluqla heç bir əlaqəsi olmadığı sübut edilib. 

 

Araşdırmaya rəhbərlik edən Professor Gvenaelle Douaud əldə edilən nəticələrin solaxaylığın beynin quruluşu ilə bağlı olduğunu sübut edən ilk araşdırma olduğunu deyib: "Genetik amillər beyindəki hüceyrələrin quruluşunu dəyişdirir və buna bağlı olaraq beyindəki ağ maddənin quruluşunu dəyişir, bu da insanların solaxay olmasına səbəb olur".


Araşdırma sayəsində beynin solaxaylığa təsir edən hissəsinin dil bacarıqlarına təsir edən hissə ilə eyni yerdə olduğu müəyyən edilib. Beynin sağ və sol ləçəyində olan və dil bacarıqlarını idarə edən hissələr solaxaylarda bir-biri ilə daha əlaqəli çalışır. Tədqiqatçılar buna görə də solaxayların şifahi qabiliyyətlərinin sağ əl ilə işləyənlərə nisbətən daha yaxşı ola biləcəyini düşünürlər. 

 

Tədqiqatda, eyni zamanda solaxayların bəzi xəstəliklərə daha meylli olduğunu ortaya çıxarıb. Araşdırmaya görə, solaxaylar yüksək şizofreniya riski daşıyırlar. Ancaq parkinson xəstəliyinə yaxalanma riskləri sağ əli ilə işləyənlərə müqayisədə nisbətən daha azdır.

Müəllif: Ayna.az