Virusdan qorunmağın təbii üsulu

Maraqlı

25.03.2020 - 11:16

Bunu gün ərzində 3-4 dəfə edə bilərsiniz

 

Xalq təbabətində virusu və soyuqdəyməni müalicə etmək üçün bir çox reseptlər mövcuddur. AYNA saglamolun.az-a istinadən tanınmış rusiyalı fitoterapevt, həyatını xalq təbabətinin öyrənilməsinə həsr etmiş P.Kurenkovun kitabından bir faydalı resept təqdim edir:

 

Hərəsindən 1 xörək qaşığı üyüdülmüş zəncəfil və sarıkök 100 qram balla yaxşı qarışdırılır. Soyuqdəymə və ya virus infeksiyalarının ilk simptomlarında bu qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq suda həll edin və için. Bunu gün ərzində 3-4 dəfə edə bilərsiniz.

 

Sarıkök, zəncəfil və bal güclü virus, mikrob və iltihab əleyhinə təsirə malikdir, immun sistemini stimullaşdırır. Bu qarışıq sağalmanı tezləşdirir, ağırlaşmaların riskini azaldır.

Müəllif: Ayna.az