Avropadan Amerikaya qədər yol qət edən tülkü alimləri heyrətə salıb

Maraqlı

05.07.2019 - 08:40

Bala tülkü rekorda imza atıb

 

Norveçin Svalbard Adalarından yola çıxan Arktika cinsindən olan bir dişi bala tülkünün 76 günə Kanadanın şimalına çatması elm dünyasında heyrətlə qarşılanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, gündə, orta hesabla 46,3 kilometr yol gedən tülkü, buzlaqlar üzərindən keçərək, ümumilikdə 3506 kilometrlik bir məsafə qət edib.

 

Heyvanın bəzi günlərdə 155 kilometr yol getdiyi qeyd edilir. Norveç alimlərinin izləmə cihazı taxaraq təqib etdiyi heyvan təbiətə ötən ilin mart ayında buraxılıb. O vaxtdan bəri görünməyən heyvanın nə etdiyi bilinmirdi.


Tülkü Svalbard adalarına bağlı Spitsbergen adasından yem axtarışına çıxanda 1 yaşında olub. Norveç alimlərinin tülkünün səfərinə dair dərc etdiyi araşdırma hesabatında bildirilir ki, bu, indiyə qədər qeydə alınmış ən sürətli heyvan səfəridir.

 

Daha əvvəlki isə rekord Alyaskada izlənən və gündə 113 kilometr məsafə qət edən bir tülkü olub.

Müəllif: Ayna.az