Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapıblar - <font color=red> VİDEO</font>

Maraqlı

16.12.2020 - 13:08

Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb

 

Şuşada dəfn edilən iki ədibimizin məzarı tapılıb. AYNA “Baku” TV-yə istinadən bildirir ki, hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını aşkarlayıblar.

 

Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb.

 

Qeyd edək ki, Azərbaycan şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşa doğulub.1857-ci ildə elə Şuşada da vəfat edib. Digər azərbaycanlı şair Mirzə Ələsgər Növrəs də 1836-cı ildə Şuşa anadan olub, 1912-ci ildə Şuşada vəfat edib.

Müəllif: Ayna.az