On beş yaşlı azərbaycanlı böyük uğura imza atıb

Maraqlı

26.12.2019 - 17:18

15 yaşlı azərbaycanlı Stanford Universitetinə qəbul olunub

 

Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətlərini eşidəndə iftixar hissi keçirir, Kənanın azərbaycanlı olması ilə qürur duyurdum.


Kənan hələ 6-cı sinifdə təhsilini 3 pillə qabaqlamışdı. O, 8-ci sinifdə oxuyarkən AP Calculus və Calculus İİ fənnlərini mənimsəmiş və ali riyazıyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslər götürüb.

Gubad Ibadoglu adlı şəxsin şəkli.

Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək.


Kənanı təbrik edir və uğurlarının bol olmasını arzulayırıq.

 

Qubad İbadoğlu

Müəllif: Ayna.az