Bəşəriyyətə yol açmış otuz kitab - <font color=red> Beşinci kitab</font>

Maraqlı

18.07.2019 - 05:10

"El Kanun Fit-Tıp"

 

"Böyük müsəlman mütəfəkkiri, alim və təbibi İbn-i Sinanın (980-1037) "El Kanun fit-Tıp" kitabı dünya tibb tarixinin şah əsəridir". AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib.

 

"1014-cü ildə yazılan 5 cilddən ibarət bu kitab ərəb dilindədir, ancaq o dövrdə başda Latın olmaqla Avropanın bir çox dillərinə tərcümə edilib. Qərbdə Avisenna olaraq tanınan İbn-i Sinanın bütün külliyyatı 450 (!) əsərdən ibarət nəhəng bir dünyadır, onun fizika, həndəsə, hüquq, astronomiya, fəlsəfə, məntiq, musiqi və başqa sahələrdə yazdığı əsərlər İbn-i Sinanın bənzərsiz zəkasından xəbər verir.

 

Onun tibb elminə bəxş etdiyi el-Kanun fit-Tıb (Həkimlik Qanunu), Kitabü'l-Necat (Qurtuluş Kitabı), Risale fi-İlmü'l-Ahlak (Əxlaq mövzusunda qeydlər), İşarat ve'l-Tembihat (Simptom və Xəbərdarlıq), Kitabü'ş-Şifa (Sağlamlıq Kitabı) kitabları var. Ancaq "El Kanun fit-Tıp" onun ən möhtəşəm əsəridir. "El Kanun fit-Tıp", yəni "Tibbin Qanunu" əsrlər boyu Qərbdə əsas tibb kitabı olub. Yüzillər boyu təbiblər peşələrinə bu kitabdan oxuyaraq yiyələniblər. Kitab təkcə içindəki o dövr üçün nadir tibb bilgilər baxımından önəmli deyil. Onu bir başqa qiymətli qılan kitabın təbib olmaq istəyənləri təcrübəyə, eksperimental tibbə sövq etməsi olub. Nə qəribədir ki, İbn-i Sinanın sonralar köhnələn və bəzi elmi xətaları onun kitabı sayəsində həkim olanlar tərəfindən düzəldilmiş, tibbin inkişafına öz töhvələrini vermişlər.

 

"El Kanun fit-Tıp" əsərinin bəlkə də ən böyük faydası onun orta əsrlə insanına elmdə təcrübə etmək cəsarəti aşılaması olmuşdur… 2015-ci ildə İstanbuldakı kitab mağalarından birində "El Kanun fit-Tıp" kitabının türk dilinə tərcüməsini görəndə gözlərimə inanmamış, "Modern tibbin 1000 il əvvəlki bilgilərə nə dərəcədə ehtiyacı var?" deyə düşünmüşdüm. Xüsusilə də elm tarihçisi professor Esin Kahyanın ömrünün 32 ilini bu külliyatın tərcüməsinə sərf etməsi məni heyrətə gətirmişdi."Atatürk Kültür Merkezi" adlı nəşriyyatda çap edilən 5 cild tibb tarixi baxımından müstəsna əhəmiyyətə malikdir.

Müəllif: Ayna.az