Maraqlı kəşf: bu balığın 100 il yaşadığı məlum olub - <font color=red> FOTOLAR</font>

Maraqlı

20.06.2021 - 07:54

Həkimlər Klinikalar SEO Xidməti
Ömrü 100 il, hamiləliyi 5 il çəkən balıq cinsi kəşf edilib
 
Fransada aparılan yeni bir araşdırmaya görə, dinozavr çağına gedən “Coelacanth” cinsinə aid balıqların 100 ilə qədər yaşaya biləcəyi, dişilərinin 50-ci illərinin sonunda cinsi cəhətdən yetkinləşdiyi və hamiləlik müddətlərinin 5 ilə qədər davam etdiyi məlum olub. 
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, Fransanın Montpellier Universitetində aparılan bir araşdırmada muzeydəki "Canlı fosil" ləqəbli balığın yaşı bədənindəki halqalar ağaclardakı yaş aşkarlama metodu ilə sayılaraq müəyyənləşdirilib. Məlumatlar “Current Biology” jurnalında yayımlanıb və balığın daha yavaş böyüdüyü, təxminən 100 il yaşaya biləcəyi bildirilib.
 
Araşdırmalara görə, təxminən 420 milyon ildir mövcud olan “Coelacanth” cinsinə aid nəhəng balıqların 100 ilə qədər yaşaya biləcəyi bildirilib. "Canlı fosil" ləqəbli balığın erkəklərinin uzunluğu 1,8 metrə, çəkisi 90-a çata bilir. Erkəklər cinsi yetkinləşə 40-69 yaş aralığında, dişilər isə 50 yaşlarında çatır. Hamiləlik dövrü 5 il davam edir. 
 
Qeyd edilib ki, təxminən 420 milyon ildir mövcud olan “Coelacanth” balığı 1938-ci ildə Cənubi Afrika sahillərində sağ tapılana qədər nəslinin tükənmiş olduğu düşünülürdü. Eyni zamanda da alimlər uzun müddət “Coelacanth”ların təxminən 20 il yaşadıqlarına inanırdılar.
Müəllif: Ayna.az