Rafal Leskieviç: “Onlardan heç biri bu barədə açıq danışa bilməz”
“Ukrayna elitası və oliqarxları Ukraynanın Avropa İttifaqına qoşulmasını istəmirlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Polşa Prezidentinin mətbuat katibi Rafal Leskieviç "Super Express" televiziya kanalına deyib.
O qeyd edib ki, onlardan heç biri bu barədə açıq danışa bilməz.
Siyasətçi əmindir ki, Ukraynanın keçmiş lideri Aİ ilə danışıqları dayandırdığı üçün hakimiyyəti itirib.