Tramp kürdlərə arxa çevirdi - <font color=red> “Bizdən kömək gözləməsinlər”</font>

Dünya

10.10.2019 - 19:18

Kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər

 

"Suriyadakı kürdlərə kömək etməyəcəyik, çünki onlar bizə İkinci Dünya müharibəsində Normandiyaya (1944-cü il 6 iyun nassist qüvvələrinə qarşı hücum - red.) hərbi qüvvə yeridərkən kömək etməmişdilər”.

 

Ayna xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin kürdlərlə bağlı sualını cavablandırarkən bəyan edib.

 

Jurnalist isə prezidentin bu cavabı qarşılığında, “bəs kürdlər ABŞ-a “İslam Dövləti” ilə mübarizədə  terror qruplaşmasına qarşı dəstək vermişdi, bu iki tərəf arasında ittifaqın pozulması deməkdir”, - deyib.

 

Qeyd edək ki, Trampın kürdlərə arxa çevirməsi qarşı tərəfin etirazına səbəb olub, kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər.

Müəllif: Ayna.az