"Belarusla sərhəd boyunca bufer zonası adlanan ərazi müddəti daha 90 gün uzadılacaq"
Polşa Daxili İşlər Nazirliyi (DİN) Belarusla sərhəddəki bufer zonası müddətini uzatmaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa DİN-in rəsmi kommünikesində bildirilib.
"Belarusla sərhəd boyunca bufer zonası adlanan ərazi müddəti daha 90 gün uzadılacaq", - deyə qeyd olunub.
Fərman artıq DİN tərəfindən imzalanıb.
Kommünikeyə görə, bu qərar rəsmi əməliyyatların aparıldığı ərazidə təhlükəsizliyin qorunması və Belarusla sərhədin qorunması zərurəti ilə bağlıdır.