Mayk Lav vəfat edib

Dünya

29.11.2026 - 13:57

“The Beach Boys” qrupunun həmtəsisçisi dünyasını dəyişib

"The Beach Boys" qrupunun həmtəsisçisi, vokalist və müəllif Mayk Lav 85 yaşında vəfat edib.  AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə musiqiçinin nümayəndəsi Keti Oltman məlumat yayıb.

Son aylarda musiqiçinin səhhəti ilə bağlı narahatlıqlar yaranmışdı. Onun qrupla çıxışları getdikcə zəifləyir, yay aylarında isə səhhətini bərpa etməsi üçün konsert turu ləğv edilmişdi. Lav "The Beach Boys" ilə sonuncu konsertini oktyabrın 10-da Neşvildə verib. Həmin çıxış boyunca o, səhnədə oturub.

1988-ci ildə Lav qrupla birlikdə Rok-n-Roll Şöhrət Zalına daxil edilib. Həmin il onun həmmüəllifi və ifaçısı olduğu "Kokomo" mahnısı da böyük uğur qazanıb. Bu, "Good Vibrations"dan (1966) sonra "The Beach Boys"un hit-paradlarda birinci yerə yüksələn ilk sinqlı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş