Meksikada təxminən 13 min il yaşı olan insan qalıqları aşkarlanıb

Maraqlı

29.11.2026 - 21:49

Qalıqlara nahuatl dilində "unikal" mənasını verən "Yozin" adı verilib

Arxeoloqlar təxminən 13 min il yaşı olan insan qalıqları aşkar ediblər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu, Meksikada Felipe Angeles Beynəlxalq Hava Limanının tikintisi zamanı aşkar edilib. Ölkənin Milli Antropologiya və Tarix İnstitutuna (INAH) görə, skelet Amerikanın ən qədim sakinlərindən birinə aid ola bilər.

Kəşf 2021-ci ildə edilib. Qalıqlara nahuatl dilində "unikal" mənasını verən "Yozin" adı verilib. Onların yaşı iki müstəqil laboratoriya testi əsasında müəyyən edilib. Fərdin 13087 ilə 11.700 il əvvəl yaşadığı təxmin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş