Soyuq havadan qorunmaq üçün bu ədviyyatdan istifadə edin

Maraqlı

03.01.2020 - 09:05

Mixəkin möcüzəvi faydaları

 

Mixək “syzygium aromaticum” ağacının çiçəkli qönçələridir. Həm bütöv, həm də üyüdülmüş formada olan bu ədviyyatdan tez-tez yeməklərə və içkilərə ləzzət qatmaq üçün istifadə olunur. Şirin, aromatik ləzzətiylə yanaşı mixəkin, həmçinin müalicəvi xüsusiyyətləri də var.

 

AYNA-nın təqdim etdiyi bu yazıda mixəkin məhz müalicəvi xüsusiyyətləri, faydaları barədə məlumatlar əldə edə biləcəksiniz.

 

Mixəkdən mətbəxlərdə istifadə olunur və antioksidant, vitaminlər və minerallarla zəngin ədviyyatdır. Mixəkin həzmin yaxşılaşdırılması, bakteriyalarla mübarizə, qaraciyərin qorunması, ağciyər xərçəngi ilə mübarizə, qanda şəkərin tənzimlənməsi, immunitet sisteminin yaxşılaşdırılması, iltihabla mübarizə, ağız sağlamlığına dəstək, tənəffüs xəstəliklərinin müalicəsi, baş ağrısının yaxşılaşdırılması, stresin azaldılması, yaraların, sızanaqların müalicəsi, mədə xoralarının qarşısını almaq və s. kimi faydaları var.

Karanfilin faydaları nelerdir? Karanfil neye iyi geliyor?

Mixəkin insan sağlamlığı üçün faydalarından bəziləri bunlardır:

 

- Bir çay qaşığı mixək özündə müvafiq miqdarda manqan, lif, C və K vitaminlərini ehtiva edir. Manqan beynin fəaliyyətini gücləndirir və sümüklərə kömək edir, C və K vitaminləri immun sistemini gücləndirir  və qanın laxtalanmasının qarşısını alır. K vitamini sümüklərin sağlamlığı üçün də vacibdir.

 

- Bir araşdırma nəticəsində mixək ekstraktının bədxassəli şişlərin böyüməsinin qarşısını ala, xərçəng hüceyrələrinin məhvinə səbəb ola biləcəyi aşkar olunub.  Bəzi tədqiqatlara görə, mixəkdəki bəzi birləşmələr mədə xorasını azalda bilər. Mixək yağı mədə divarının qalınlığını artıra bilər və nəticədə mədə xorasının qarşısını alar.

- Mixək yağı bronxit, astma və soyuqdəymə, öskürək kimi digər tənəffüs xəstəliklərinin müalicəsində istifadə edilə bilər. Yağ tənəffüs yolunu rahatlaşdırır və iltihab əleyhinə təsir göstərir.

 

- Mixək çeynəmək boğaz ağrısını yüngülləşdirir və hətta soyuqdəymə və öskürəyin müalicəsinə kömək edə bilər.

 

- Mixək keyidici və antibakterial xüsusiyyətlərə malikdir və bu maddə diş ağrısı ilə mübarizə aparmağa kömək edir. Diş ağrısından qurtulmağın sadə bir yolu ağzınıza bir neçə qərənfil qoymaq və dişlərinizlə əzməkdir.

 

- Mixək yağının baş ağrısı, şişkinliyi azaltmaqla yanaşı yara izlərini azaltmağa da müsbət təsir edir.

 

- Bəzi tədqiqatlar göstərir ki, mixək və tərkibindəki birləşmələr stresi azaltmağa və qaraciyəri qorumağa kömək edə bilər.

Müəllif: Ayna.az