Samsunda təlim təyyarəsi qəzaya uğrayıb

Dünya

29.11.2026 - 15:16

Tələbə pilot xəsarət almayıb

Türkiyənin Samsun şəhərinin Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

AYNA.AZ-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Hava Xilasetmə və Yanğından Mühafizə Xidmətinin (ARFF) və müvafiq qurumların əməkdaşları dərhal hadisə yerinə göndərilib və lazımi təhlükəsizlik tədbirləri görülüb.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi təlim uçuşunu həyata keçirən tələbə pilotun səhhətinin yaxşı olduğunu və xəsarət almadığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş