Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək

Maraqlı

16.02.2022 - 11:29

Mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb

 “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

Bildirilib ki, İtaliyanın Turin şəhərində ölkəmizi “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Müəllif: Ayna.az