Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - FOTOLAR

Maraqlı

11.03.2024 - 18:43

Ziyarətçilər ətrafdan daşlar toplayaraq bir-birinin üstə yığır və əhd edirlər

Haçadağ piri Ağstafa rayonunda ən çox ziyarət edilən məkanlardan biridir. Köçəsgər kəndi ərazisində yerləşən pirə kənd sakiləri ocaq deyirlər. Sakinlərin dediklərinə görə, lap qədimdən bu yana həmişə od yanıb.

İndi də müəyyən vaxtlarda orada od göründüyü söylənilir. Bu səbəbdən də insanlar buranı pir kimi qəbul edib, qurbanlar kəsib, əhd edib, nəzirlərini veriblər.

AYNA-ya danışan kənd sakini, şair Saqif Qaratorpaq ərazinin ümumi adının Haçadağ olduğunu, burada hər birinin ayrı adı olan 7 hündür təpənin olduğunu deyir: “Haçadağ vulkanik qabarma olub və heç bir dağ silsiləsi ilə əlaqəsi yoxdur. Ərazi düzənlikdə yerləşən 7 hündür təpədən ibarətdir. Vulkan püskürməsi nəticəsində yaranıb. Burada həmişə od yanıb. İnsanlar da ora ocaq kimi tapınıblar”.

“Nə Kiçik Qafqaza, nə də Böyük Qafqaza aidiyyəti var buranın. Ortada olan təpələrdir. O təpələrin birində daim od yanıb. Ola bilsin, vulkanik dağ olduğuna görə yeraltı qazlar üzə çıxır və o da od yanmasına səbəb olur. İndi də orda gecənin müəyyən saatlarında od görünməsi haqda söhbətlər var”, - deyə həmsöhbətimiz bildirir.

Ərazini kənd sakinləri bu gün də ziyarət edirlər. Ətrafda qurban kəsilməsi üçün qarmaqlar quraşdırılıb. Ziyarət edilən yerdə isə daşdan dairəvi formada tikili inşa edilib.

S.Qaratorpaq bu tikilinin yerində əvvəl böyük daş yığınınn olduğunu qeyd edir: “Burda daş yığnağı var idi. Daşdan təpə düzəltmişdilər. Ziyarətə gələn insanlar da ətrafdan azı 7 daş toplayıb o yığının üstə atıb əhd edərdilər. Sonra bir nəfər əhdi yerinə yetdiyinə görə orada dairəvi formada tikili tikdi. Bu gün ziyarətə gedənlər yenə ətrafdan daşlar toplayaraq bir-birinin üstə yığır və əhd edirlər. Bu, bir növ inanclaşmış adətə çevrilib”.

Sakinlərin sözlərinə görə, burada qədim insan məskəni yerləşib. Ərafda çoxlu sayda kurqan və qədim qəbir var.

Beləliklə:

Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  - Azərbaycanda yanan dağ: ona tapınan insanlar var  -
Müəllif: İlham Mustafa