Dünyada ilk: uçan elektrik avtomobili yarışı keçirilib - VİDEO

Maraqlı

13.10.2022 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobilləri kifayət qədər sürətli və fırlanan etmək istəyirlər ki, tamaşa Formula 1-dən geri qalmasın

Avstraliyada ilk tam hüquqlu uçan elektrik avtomobillərinin yarışı keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, yarışın görüntüləri sosial şəbəkədə yayımlanıb.

“IFLScience” yazır ki, iki pilot təxminən bir kilometr uzunluğunda trasda yarışıb. Maksimal sürət təxminən 100 km/saat, dövrə vaxtı isə 40 saniyədən bir qədər az olub.

Tədbiri “McLaren”, “Boeing”, “Jaguar”, “Rolls-Royce” və “Brabham” şirkətlərindən olan insanların işlədiyi “Alauda Aeronautics” şirkəti təşkil edib. Şirkət həmçinin 130 kq çəkisi olan və 250 km/saat sürətlənə bilən “Airspeeder” yarış avtomobillərini də hazırlayıb.

Hələlik elektrik avtomobilləri sınaqdan keçirilir, ona görə də “Airspeeder” uzaqdan idarə olunur. Pilotların kabinələrdə olacağı ilk yarışlar 2024-cü ilə nəzərdə tutulub.

Uçan avtomobilləri kifayət qədər sürətli və fırlanan etmək istəyirlər ki, yarış Formula 1-dən geri qalmasın.

Qeyd edək ki, dünyanın ilk uçan motosikleti ABŞ-da təqdim edilib. O, 100 km/saat sürət yığa bilir və 40 dəqiqəyə qədər havada qala bilir. Uçan motosiklet “Hoverbike” artıq Yaponiyada satışdadır. Onun qiyməti 777 min dollardır. “Aerwins Technologies” 2025-ci ilə qədər kiçik elektrik modelinin qiymətini 50 min dollara endirməyi planlaşdırır.

Müəllif: Ayna.az