II Elizabet Britaniyanın Baş Qərargah rəisi Nik Karteri Vindzor qəsrində qəbul edib
Böyük Britaniya Kraliçası II Elizabet uzun müddət sonra üz-üzə görüş keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, Kraliça Britaniyanın Baş Qərargah rəisi Nik Karteri Vindzor qəsrində qəbul edib.
Görüş zamanı Kraliça Karterin vəzifəsindən gedəcəyi üçün kədərləndiyini bildirib.
Səhhətində yaranan problemlərə görə tədbirlərə qatıla bilməyən 95 yaşlı Kraliça ən son belindən zədə aldığı üçün Birinci Dünya müharibəsi qurbanlarının anım günündə iştirak edə bilməmişdi.