"Starlink" peyk internet layihəsi 2021-ci ildə bütün dünyanı əhatə edəcək

Maraqlı

23.06.2021 - 18:53

Hər kəs bu xidmətdən istədiyi kimi istifadə edə bilməyəcək

 

Elon Maska məxsus "SpaceX" şirkəti Dünyanı peyk internet xidmətilə təmin etmək üçün minlərlə peyki Yerətrafı orbitə çıxarmağa davam edir. "Starlink" adlı bu layihədə əhəmiyyətli bir nöqtəyə gəlindi. "SpaceX" prezidenti Gwynne Shotwell, peyk internet xidmətinin 2021-ci ildə qlobal əhatə dairəsinə sahib olacağını bildirdi.


"Biz uğurla orbitə 1800 peyk yerləşdirdik və onların hamısı öz iş trayektoriyasına yerləşdikdə bu iln sentyabr ayına qədər davamlı qlobal əhatə dairəsinə sahib olacağıq - icraçı direktor Macquarie Group dedi.


"Starlink" qlobal bir xidmət qabiliyyətinə sahib olsa belə, hər kəs bu xidmətdən istədiyi kimi istifadə edə bilməyəcək. Çünki hər şeydən əvvəl şirkətin fəaliyyət göstərəcəyi ölkədəki tənzimləyici orqanlar tərəfindən təsdiq alınması lazımdır. Hazırda şirkət müxtəlif ölkələrdə yerli hakimiyyət orqanları ilə danışıqlar aparır. 


"SpaceX"in əsas məqsədi 2027-ci ilin ortalarına qədər təxminən 42.000 Starlink peykini Yer orbitinə çıxarmaqdır. Starlink hazırda ABŞ, Avstraliya, Yeni Zelandiya və Avropanın bir hissəsi də daxil olmaqla 11 ölkədə beta testindədir.


"Starlink" xidmətindən istifadə etmək üçün satın almanız lazım olan "Starlink" Peyk Anteni ilə Wi-Fi yönləndiricisi 499 dollara satılır. Peyk internet xidməti üçün aylıq abunə haqqı 99 dollardır. Beta testi çərçivəsində istifadəçilərə 100 Mbps-ə qədər yükləmə və 20 Mbps-ə qədər yükləmə sürətləri təklif edilir.

İbrahim Nəbioğlu

Müəllif: Ayna.az