Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

Dünya

25.04.2024 - 16:54

Qaçan məhbuslardan 10-u tutularaq yenidən həbsxanaya qaytarılıb

Nigeriyanın paytaxtı yaxınlığındakı Sulejada leysan yağışları nəticəsində azı 118 məhbus həbsxanadan qaçıb.

AYNA xarici mediaya istinadən bildirir ki, qaçan məhbuslardan 10-u tutularaq yenidən həbsxanaya qaytarılıb.

Digərlərinin axtarışı istiqamətdə əməliyyatlar davam etdirilir.

Bildirılir ki, Suleja həbsxanasında vaxtilə “Boko Haram” terror qruplaşmasının üzvləri saxlanılırdı.

Müəllif: Ayna.az