Mayk Conson: “Biz İsrailin hərbi strategiyasını diktə etməməliyik”

Dünya

25.04.2024 - 13:15

“İsrail tərəfi mülki əhali arasında itkilərin qarşısını almaq üçün əlindən gələni edir, lakin  bu, müharibədir”

Vaşinqton Qəzza zolağında hərbi əməliyyatların necə aparılmasını İsrailə diktə etməməlidir. AYNA CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

“Biz İsrailin hərbi strategiyasını diktə etməməliyik, müttəfiqimizi dəstəkləməliyik”, - deyə siyasətçi bildirib.

O əlavə edib ki, İsrail tərəfi mülki əhali arasında itkilərin qarşısını almaq üçün əlindən gələni edir, lakin “bu, müharibədir”.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsraili insan haqlarını pozduğuna görə tənqid edib. “Təl-Əviv beynəlxalq qanunlara riayət etməli və mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməlidir”, - deyə Blinken vurğulamışdı.

Müəllif: Ayna.az