Qazaxda vətəndaşa məxsus təsərrüfatda yanğın olub

Hadisə

25.04.2024 - 02:43

Qonşuluqda olan digər evlər yanğından mühafizə olunub

Qazax şəhərində vətəndaşa məxsus təsərrüfatda yanğın olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü A.Eyyubova məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 150 kvadratmetr olan və içərisində inkubator avadanlıqları olan 3 otaqdan ibarət tikilidə yanğın olub. Yanğın nəticəsində, avadanlıqlar və tikilinin dam örtüyü tamam yanıb. Vətəndaşa məxsus və qonşuluqda olan digər evlər yanğından mühafizə olunub.

Hadisənin səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az