Tariximizin keşikçiləri – FOTOLENT

Mədəniyyət

20.03.2024 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Tariximiz və əcdadlarımızın mirası sahibsiz deyil

Ağstafa rayonunda, Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı ənənəvi festival baş tutub. Tədbirdə qədim milli adətlərimiz, at oyunları, kulinariyamız, milli musiqi və rəqslərimiz nümayiş olunub.

Tədbir Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramımız olan Novruzun yeniyetmə nəslə aşılanması məqsədilə təşkil olunub. Festivala şəhid ailələri, qazilər, rayon sakinləri, gənc fəallar, könüllülər və idmançılar qatılıblar.

Əvvəlcə iştirakçılar yerli Qazax Dilboz atlarının iştirakı ilə keçirilən çövkən oyunlarını izləyiblər. “Cəngi” musiqi sədaları altında "Ağstafa" çövkən komandasının üzvləri maraqlı oyun nümayiş etdiriblər.

Həmçinin, milli geyimli qızların iştirakı ilə çiyinlərində səhənglə bulaqdan su gətirmələri və “Yallı” rəqsləri xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, geniş sahəyə malik Ceyrançöl ərazisi qədimdən günümüzədək heyvandarlıq üçün ən əsas məşğuliyyət sahəsi olub. Qoruğun ərazisi qədim tarixi abidələrlə zəngindir.

Fotolent:

Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri – Tariximizin keşikçiləri –
Müəllif: İlham Mustafa