Sənədli filmdə Qüds və Təl-Əviv sakinlərinin, rəsmilərin, əsirlərin ailə üzvlərinin müsahibələri yer alıb
Azərbaycanlı jurnalist Kamran Qasımov İsrail-HƏMAS müharibəsindən bəhs edən sənədli film hazırlayıb. AYNA xəbər verir ki, “Arxa cəbhə” adlanan sənədli filmdə İsrail-Fələstin müharibəsinin tarixinə ekskurs olunur.
Bununla yanaşı, filmdə Qüds və Təl-Əviv sakinlərinin, rəsmilərin, HƏMAS tərəfindən əsir götürülmüş insanların ailə üzvlərinin müsahibələri yer alıb.
Filmin çəkilişləri Qüds, Təl-Əviv və Lod şəhərlərində aparılıb.
Qeyd edək ki, sənədli film "AzernewMedia" kanalında yayımlanıb.