Peşəkar idmançı: “Legionerlərə aylıq 5 min dollar, bizə isə qəpik-quruş verirlər” - <font color=red> AYNA TV</font>

Ayna TV

22.09.2019 - 11:00

Sevinc Bünyadova: “İmkan vermirlər ki, məktublarım Mikayıl Cabbarova çatsın, əgər onun xəbəri olarsa, dərdimi dinləyər”

 

İdman cameəsində, qılıncoynatma üzrə peşəkar idmançılar - əkiz bacılar Sevil və Sevinc Bünyadovaları tanımayan, demək olar, yoxdur. düşür. AYNA TV-iın bugünkü qonağı da əkizlərin Sevincidir.

 

- Geriyə boylananda nə görürsünüz?

 

- 20 illik zəhmət... İllərlə dayanmadan məşq. Rəqiblərimizə qalib gəlmək üçün daim çalışma.

 

- Adətən azərbaycanlı idmançılar ailə qurandan sonra idman ilə vidalaşırlar. Siz də ailəlisiniz və azyaşlı övladınız var. İdmanı atmaq fikriniz yoxdur?

 

- Mənim üçün də çətindir. Körpəmi qoyub yarışlara getmişəm. Elə olub ki, aylarla Bakıda olmurdum. Çətin olsa da, mənim işimdir və sevə-sevə bu işi görürəm. Düşünürəm ki, oğlum məni gözləyir. Yarışdan gəlib qazandığım medalı onun boynundan asmalıyam. Bu, mənə motivasia verir.

 

- Sevillə əkizsiniz. Bu, sizə yarışlarda çətinlik yaratmır?

 

- Xeyir. Çünki diqqətlə baxanda bizi fərqləndirə bilirlər. Sevilin üzündə iki xal var, məndə isə yoxdur. Eyni zamanda, Sevil məndən bir az doludur. Onun qılınclaşma forması da fərqlidir. Ona görə idmançılar, məşaçilər və hakimlər bizi ayıra bilirlər.

 

- Əkiz bacılar və bir idman növü. Bu, təsadüfdür?

 

- Atam Neftçi İdman Sağlamlıq Mərkəzində işləyirdi. Bir gün evə gəlib dedi ki, mərkəzdə qılıncoynatma idman növü açılıb, bizi o idman növünə yazdırmaq istəyir. Biz də razılaşdıq. Atam aparıb bizi yazdırdı ora. İlk məşqçimiz Fikrət Vəliyev olub. 5 il qılınconatmanın rapıra növündə məşq etdik. Daha sonra isə məşqçimiz qılıncoynatmanın sablya növünə keçdi və biz də onunla birlikdə həmin növünə keçdik. Yarışlarda yavaş-yavaş uğur qazandıqca idmana daha da marağımız artdı. Qeyd edim ki, biz yalnız qılıncoynatma idman növü ilə məşğul olmuşuq. Başqa idman növlərində heç vaxt özümüzü sınamamışıq.

Təranə Xudabaxşiyeva