Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

25.04.2024 - 14:02

Bakıda 29, bölgələrdə 31 dərəcə isti gözlənilir

Aprelin 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Gecə 14-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyinin sürəti bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 12-17 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Müəllif: Ayna.az