Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

25.04.2024 - 10:41

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını nəzərə alıb

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. AYNA xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat 09:15-də Bakıdan-Ağstafaya, aprelin 28-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Müəllif: Ayna.az